Professor: “ABŞ-ın regiondakı nüfuzu Rusiyanı sıxışdıracaq”
Banuçiçək Kalbalıyeva
12:01 05.07.2021
Müsahibə
1898
Bu günlərdə 15 terrorçu Ermənistana qaytarıldı. Bunun qarşılığında Füzuli və Zəngilanda 92 minlik minalı ərazilərin xəritəsi bizə verildi. Prosesin Rusiyanın vasitəçiliyi ilə baş tutması diqqət çəkir. Doğrudan, Moskva “suyun durulmasında” maraqlıdır? Bu, çoxları kimi bizə də inandırıcı görünmür. Hər halda Kremlin indiyədək hansı məkrli siyasətlər ortaya qoyduğu yaxşı məlumdur. Deməli, mütləq aysberqin görünməyən tərəfi də var.
Odur ki, “Sherg.az” olaraq BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli ilə söhbətləşdik:
- Moskvanın proseslərdəki fəallığını necə qiymətləndirirsiniz?
- Yadınızdadırsa, əvvəllər əsas təşəbbüskar ABŞ idi. O vaxt Ermənistan baş naziri Nikol Paşinyan minalı ərazilərin xəritəsinin Rusiyaya verildiyini demişdi. Şimal qonşumuzu isə bunu təkzib etmişdi. Deməli, niyyəti heç də xoş deyildi. Sadəcə sonradan proseslərdən kənarda qaldığını, Qərbin regiondakı mövqeyinin tədricən gücləndiyini anladı. Və məhz bu addımı ilə bölgədəki nüfuzunu, təsir gücünü qorumağa çalışır. Moskva açıq-aydın göstərir ki, bölgəyə əlavə “oyunçunun” gəlməsini müsbət qarşılamır.
- Xəritələrin dəqiq olduğundan necə əmin ola bilərik?
- Bəli, ictimaiyyətdə bu barədə narahatlıq var. Lakin proseslərin ilkin mərhələsində ABŞ iştirak edibsə, deməli, xəritələr maksimum obyektivdir. Düzdür, say fərqi ola bilər. Ancaq xəritələr adi kağız parçası deyil. Belə proseslərdə mütləq gələcək hadisələr də nəzərə alınır. Nə Rusiya, nə də Ermənistan sabah gözü kölgəli qalmaq istəyər.
- Cəmiyyətdəki narahatlıq necə aradan qalxmalıdır?
- Bunun üçün müvafiq dövlət qurumları əvvəlki xəritələrin nə qədər dəqiq olması barədə ictimaiyyətə açıqlama verməlidir.
- Proseslərin hazırkı durumu gələcək üçün nələr vəd edir?
- Bütün bunlar Azərbaycanın üstünlüyünü göstərir. Hadisələr biz istədiyimiz ssenari üzrə inkişaf edir. Ermənistanın xəritələri təqdim etməsi düşmənin revanşist iddialardan əl çəkdiyinin, Azərbaycanın Qarabağda möhkəmliyini qəbul etməsinin təzahürüdür.
- Rusiya belə konstruktiv mövqe tutmuşkən, hadisələri sürətləndirməkdən ötrü başqa nələr edə bilərik?
- Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasındakı təmaslar Moskvanın Bakının xeyrinə müəyyən addımlar atdığını deməyə əsas verir. Çünki Kremlə qarşı faktlar amansızdır. Odur ki, şimal qonşumuz mövqeyimizi qəbul etməyə məcburdur. Hətta bəzi rus politoloqları Rusiyanın Azərbaycanın diktəsi ilə fəaliyyət göstərdiyini deyirlər. Amma elə məsələlər var ki, Moskva hələ də güzəştə getmək istəmir.
- Məsələn?
- Rusiya hələ də Xankəndi və ətraf ərazilərlə bağlı imperialist siyasətindən əl çəkmir. Şimal qonşumuz ambisiyalarından imtina etməlidir. Onsuz da ABŞ-ın regiondakı nüfuzunun artması nəticəsində Rusiya tədricən sıxışdırılacaq.
- Xəzər dənizindəki partlayışın Kremlin təxribatı olması barədə müxtəlif iddialar var...
- Rəsmi açıqlamalar o qədər də inandırıcı deyil. Üstəgəl, Rusiya bütün vasitələrlə təzyiqə can atır. Odur ki, ehtimalların real olması istisna deyil. Kremldən hər şey gözlənilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol