Təbrizli jurnalist:“Təkcə Ermənistan deyil, İran da məğlub oldu”
Banuçiçək Kalbalıyeva
05:59 04.08.2021
Müsahibə
2367
“İranın Azərbaycanın gücünü və bölgədə ciddi “oyunçu” olduğunu gördü”
“Odur ki, şərt irəli sürməyəcək. Əksinə, deyilənləri qəbul etməlidir”
“Bundan sonra Bakı əvvəlki kimi səbrli olmayacaq. Tehran da kimə “ilişdiyini” anlayacaq"
“Daxildəki soydaşlarınızın fəallığı isə hakimiyyətin “əl-qolunu bağlamaqdadır”
İkinci Qarabağ savaşından indiyədək davam edən zaman kəsiyi bizə dostumuzu, düşmənimizi daha yaxşı tanımağa imkan verdi. Sərhəd qonşumuz İran, demə, ən qatı düşmənimiz imiş...Nəinki proseslərə neytral qaldı, hətta düşməni dəstəklədi. Necə deyərlər, “quyumuzu qazmağa” çalışdı. Amma axırda da o “quyuya özü düşdü”.
“Sherg.az” olaraq Türkiyədə yaşayan təbrizli jurnalist Taha Kermani ilə rəsmi Tehranın baş verənlərə münasibətini müzakirə etdik:
- 44 günlük müharibədə İranın mövqeyini necə qiymətləndirirsiniz?
- İran eyni ilə Birinci Qarabağ savaşında olduğu kimi, yenə Ermənistanı dəstəklədi. Hətta İran vasitəsilə düşmən ölkəyə hərbi yüklərin daşınması ilə bağlı görüntülər də yayılmışdı. Rəsmi Tehran Bakının qələbə qazanmaması üçün əlindən gələn hər şeyi etdi.
- İranın “qara sevdası” nə ilə bağlıdır?
- Bunun bir neçə səbəbi var. Birincisi, İran Suriya və Əfqanıstanda olduğu kimi, Cənubi Qafqazda da Tükiyəni özünə rəqib hesab edir. Ona görə də bu dövlətin güclənməsini istəmir. İkincisi, Bakı - Təl-Əviv münasibətləri Tehranın ürəyincə deyil. Üçüncüsü, Qarabağ məsələsinin həll edilməsi Cənubi Azərbaycandakı soydaşlarınızı ruhlandıracaq. İran isə bunu istəmir. Əksinə, Tehran hakimiyyəti məhz Qarabağ “düyün”ü ilə uzun illər oradakı azərbaycanlıları xəyal qırıqlığına uğradıb, mutiləşdirib. İran qorxur ki, konfliktin tamamilə çözülməsi Azərbaycanlıları mərkəzi hakimiyyətdən uzaqlaşdırar. Yəni Tehranın İrəvanı dəstəkləməsi bir sıra daxili və xarici faktorlarla əlaqəli idi. Lakin sözügedən siyasət fiaskoya uğradı.
- Bunu necə əsaslandırmaq olar?
- İran son dərəcə uğursuz xarici siyasət yeritdi və proseslərə təsir edə bilmədi. Təsadüfi deyil ki, kimsə onu ciddiyə almadı. Tehran faktiki olaraq “oyundankənar vəziyyət”də qaldı. Beləliklə, ölkə daxilində də narazılıq yarandı. Xüsusilə, müxalifət məğlub tərəfi dəstəklədiyinə görə iqtidarı qınamağa başladı. Yəni müharibə zamanı məğlub olan təkcə Ermənistan deyil, həm də İran oldu.
- Cənub qonşumuzun bundan sonrakı xarici siyasətində hansı dəyişikliklər gözlənilir?
- İran öz yanlış siyasətinə görə regionda demək olar, təsir gücündən məhrumdur. Onun sözü Qarabağ məsələsində ən azı Türkiyə və Rusiyanınkıtək effektli deyil. Çünki qonşuluqdan istifadə edə bilmədi. Məsələ ondan ibarətdir ki, İranda mühafizəkarlar daha rasional siyasət yeridirlər. Deməli, yeni prezident Rəisidən fərqli siyasət gözləməyə dəyər. Yox, əgər Ruhaninin siyasətini təkrarlasa, bu, ona baha başa gələcək və itirən yenə İran olacaq. Hətta ölkənin təhlükəsizliyinə təhdinin yaranması da mümkündür.
- Bundan sonra regionda nələr dəyişəcək?
- İranın Azərbaycanın gücünü və bölgədə ciddi “oyunçu” olduğunu gördü. Odur ki, şərt irəli sürməyəcək. Əksinə, deyilənləri qəbul etməlidir. Məlum olduğu kimi, İran Azərbaycanın daxili işlərinə qarışır. Lakin bundan sonra Bakı əvvəlki kimi səbrli olmayacaq. Tehran da kimə “ilişdiyini” anlayacaq. Daxildəki soydaşlarınızın fəallığı isə hakimiyyətin “əl-qolunu bağlamaqdadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol