Həmsədrlər son zamanlar aqressiv ritorikanın artdığını vurğulayıblar. E.Məmmədyarov Ermənistanın təxribat xarakterli hərəkətlərinin ritorikanın alovlanmasına gətirdiyini deyib. Tərəflər qarşıdan gələn ay ərzində həmsədrlərin vasitəçiliyi ilə növbəti videokonfrans formatında görüşün təşkilinə razılaşıblar. Daha sonra həmsədrlər XİN başçılarının görüşü ilə bağlı bəyanat yayıb. Azərbaycan Xarici İşlər Nazirliyi də onlayn görüşlə bağlı açıqlama verib. Nazirliyin mətbuat sözçüsü Leyla Abdullayeva bildirib ki, Ermənistan XİN-in yaydığı məlumatda “Qarabağ xalqının” təhlükəsizliyindən bəhs edilir. Onun sözlərinə görə, işğalçı ölkə ənənəvi olaraq sərgilədiyi əsassız mövqeyi növbəti dəfə təkrarlayıb: “Bölgədəki gərginliyin, ritorikanın, qarşıdurmanın, düşmənçiliyin kökündə Ermənistanın təcavüzkar siyasəti durur. O ki qaldı Ermənistan XİN-in istinad etdiyi “Qarabağ xalqı” ifadəsinə, hamıya, elə Ermənistanın özünə də çox yaxşı bəllidir ki, “Qarabağ xalqı” adlı anlayış mövcud deyil. Qarabağda yaşayan ermənilər Azərbaycanın bu bölgəsində yaşayan iki icmadan birini təşkil edir”.
Həmsədrlər köhnə mahnıları oxuyur
Turan
07:40 02.07.2020
Siyasət
644
XİN başçılarının təması yenə sülhə yaxınlaşdırmadı
Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri növbəti dəfə ATƏT-in Minsk Qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə onlayn konfrans keçiriblər. Konfrans bir saat davam edib. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə ediblər. Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən infrastruktur dəyişiklikləri məsələsini qaldırıb.
Həmsədrlər son zamanlar aqressiv ritorikanın artdığını vurğulayıblar. E.Məmmədyarov Ermənistanın təxribat xarakterli hərəkətlərinin ritorikanın alovlanmasına gətirdiyini deyib. Tərəflər qarşıdan gələn ay ərzində həmsədrlərin vasitəçiliyi ilə növbəti videokonfrans formatında görüşün təşkilinə razılaşıblar. Daha sonra həmsədrlər XİN başçılarının görüşü ilə bağlı bəyanat yayıb. Azərbaycan Xarici İşlər Nazirliyi də onlayn görüşlə bağlı açıqlama verib. Nazirliyin mətbuat sözçüsü Leyla Abdullayeva bildirib ki, Ermənistan XİN-in yaydığı məlumatda “Qarabağ xalqının” təhlükəsizliyindən bəhs edilir. Onun sözlərinə görə, işğalçı ölkə ənənəvi olaraq sərgilədiyi əsassız mövqeyi növbəti dəfə təkrarlayıb: “Bölgədəki gərginliyin, ritorikanın, qarşıdurmanın, düşmənçiliyin kökündə Ermənistanın təcavüzkar siyasəti durur. O ki qaldı Ermənistan XİN-in istinad etdiyi “Qarabağ xalqı” ifadəsinə, hamıya, elə Ermənistanın özünə də çox yaxşı bəllidir ki, “Qarabağ xalqı” adlı anlayış mövcud deyil. Qarabağda yaşayan ermənilər Azərbaycanın bu bölgəsində yaşayan iki icmadan birini təşkil edir”.
Növbəti nəticəsiz görüşü “Şərq”ə təhlil edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, həmsədrlərin konfransla bağlı yaydığı bəyanatda bir neçə məqam diqqəti çəkir. Analitikin sözlərinə görə, həmsədrlər bölgədəki nisbi sabitliyi müsbət qiymətləndiriblər. Eyni zamanda son təxribat xarakterli bəyanatların, təhrikedici ritorikanın münaqişənin nizamlanma prosesinə xələl gətirə biləcəyini narahatlıqla qeyd ediblər:
“Həmsədrlər münaqişənin hərbi həllinin olmadığını bildiriblər, atəşkəs rejimini möhkəmləndirmək, xalqları sülhə hazırlamaq üçün əlavə addımlar atmağa çağırıblar. Monitorinqlərin yenidən bərpasının vacibliyini vurğulayıblar. Həm də növbəti görüş barədə razılığa gəliblər. Azərbaycan XİN rəsmisi haqlı olaraq erməni tərəfinin konfransla bağlı açıqlamasına etirazını bildirib. Ancaq həmsədrlərin yazılı bəyanatında bu məsələ barədə bir cümlə də yoxdur. Başqa sözlə, həmsədrləri Ermənistanın işğal altındakı torpaqlar üzərindən Dağlıq Qarabağa qanunsuz çəkdiyi yol qətiyyən narahat etmir. Necə ki, həmsədləri erməni separatçıların Şuşa, Laçın və Kəlbəcəri məskunlaşdırmaları da narahat etmir. Halbuki, özlərinin hazırladıqları plana görə, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalı və azərbaycanlılar geri qayıtmalıdırlar”.
E.Şahinoğlu vurğulayıb ki, həmsədrlər həmişəki kimi iki fikrin üzərində xüsusi dayanıblar. Vasitəçilər “münaqişənin hərbi həlli yoxdur” və “xalqları sülhə hazırlamaq lazımdır” cümlələrini təkrar ediblər:
“Ermənistan baş nazirinin nümayişkaranə şəkildə Şuşaya gəlişi, burada qondarma andiçmə mərasimi keçirməsi, o cümlədən məskunlaşdırma siyasətinin davam etdirilməsi müharibə ehtimalını ortadan qaldırmadığı kimi xalqları da sülhə yaxınlaşdırmır. Bunu həmsədrlər ya anlamaq istəmir, ya da üç meymunu oynamağa üstünlük verirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm
Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq
15:14 08.05.2026
Dünya
AfD lideri: Merts Almaniyanı məhv edir
15:07 08.05.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
14:50 08.05.2026
Gündəm
Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - FOTO
14:33 08.05.2026
Gündəm
Putin Azərbaycanı təbrik etdi
14:17 08.05.2026
Siyasət
Şəmkirdə "VAZ" körpüdən aşdı
13:53 08.05.2026
Hadisə
ABŞ İraqın yeni Baş nazirinə İranla bağlı şərt qoydu
13:51 08.05.2026
Dünya