Kreml fərqində olmalıdır !- “Fürsət düşən kimi ermənilər Rusiyanı Qərbə satacaq”
Turan
15:06 02.07.2020
Siyasət
865
“Təəssüf ki, Moskva hələ də bu reallığı görməzdən gəlir və problemi Paşinyanda görür”
“Baş nazir Ermənistanda rusafobiya siyasətini uğurla davam etdirir və ölkəsinə gələn rus emissarlarını qəbul etmir”
“Ermənistan bütün sahələrdə anti-Rusiya siyasətini davam etdirir. Rusiyanın əsas ruporu olan televiziya kanallarının bu ölkədə analoq yayımı dayandırılır”.
Bu sözləri “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Analitik bildirib ki, baş nazir Nikol Paşinyanın birbaşa göstərişi ilə parlamentdə yeni qanun qəbul ediləcək:
“Qanundan sonra Rusiya televiziya kanallarının yayımı icazə ilə reallaşacaq. Artıq Rusiya səfiri yeni qərara öz etirazını bildirib. Deyilənə görə, baş nazir Nikol Paşinyanın vəzifə müddəti uzanarsa, o, Rusiya hərbi bazasının çıxarılmasına çalışacaq. Bununla bağlı Paşinyanın ətrafı bir neçə dəfə məsələ qaldırıb. Onlar birbaşa Paşinyanın göstərişini gözləyirlər. Göründüyü kimi işğalçı ölkədə Rusiyaya qarşı siyasət güclənir. Moskvanın "Çiçəklənən Ermənistan” partiyasına və onun sədri Q.Çarukyana dəstəyi baş naziri Moskvaya daha radikal addımlar atmağa sövq edib”.
Siyasi şərhçi qeyd edib ki, Moskva daim informasiya siyasətinə və əsas bazası olan televiziya kanallarının yayımına xüsusi həssaslıqla yanaşıb:
“Rusiyanın forpostu artıq Moskvanın siyasətini bloklayır. Kreml fərqində olmalıdır ki, ermənilər fürsət düşən kimi Rusiyanı Qərbə satacaq. Təəssüf ki, Moskva hələ də bu reallığı görməzdən gəlir və problemi Paşinyanda görür. Baş nazir Ermənistanda rusafobiya siyasətini uğurla davam etdirir və ölkəsinə gələn rus emissarlarını qəbul etmir.
Bununla yanaşı, “inqilabçı” baş nazir konstitusiyada dəyişikliklər edirək öz hakmiyyətini möhkəmləndirir. “Qarabağ klanı”nın üzvülərini neytrallaşdırır. Robert Koçaryan və Serj Sarkisyan tandeminin yenidən dirçəlməsinə imkan vermir. Paşinyan ölkəsində avtoritar rejim qurmaqla, hakmiyyəti əlində cəmləşdirməklə, vəd etdiyi demokratik islahatların üstündən xətt çəkmiş oldu. Qərb Paşinyanın siyasətinə ona görə etiraz etmir ki, təməlində anti-Rusiya siyasəti dayanır”.
Politoloq vurğulayıb ki, Paşinyan hakimiyyətdə qalıb Rusiyanın təsirini azalda bilərsə, Azərbaycan üçün yeni imkanlar yarana bilər:
“Qarabağ münaqişəsi bir neçə aydan sonra Rusiyanın əleyhinə işləyəcək. Çünki müdafiə etdiyi və işğalçı siyasətinə dəstək verdiyi Ermənistanda anti-Rusiya isterikası dövlət siyasətinə çevrilib. Ermənistanda Rusiyanın dayaqları laxladılsa, bu ölkənin Qarabağ münaqişəsinin nizamlanmasında təsiri azalacaq. Ən əsası isə Azərbaycan meydanda Ermənistanla qarşı-qarşıya dayacanacaq.
Əlbəttə, Rusiya da boş dayanmayıb, amma Moskvanın Ermənistanda fəaliyyəti bundan sonra uğurlu olmayacaq. Rəsmi Bakı öz ordusunu hazır vəziyyətdə saxlamalı və bütün ssenarilərə hazır olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm
Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq
15:14 08.05.2026
Dünya
AfD lideri: Merts Almaniyanı məhv edir
15:07 08.05.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
14:50 08.05.2026
Gündəm
Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - FOTO
14:33 08.05.2026
Gündəm
Putin Azərbaycanı təbrik etdi
14:17 08.05.2026
Siyasət
Şəmkirdə "VAZ" körpüdən aşdı
13:53 08.05.2026
Hadisə
ABŞ İraqın yeni Baş nazirinə İranla bağlı şərt qoydu
13:51 08.05.2026
Dünya