Kuznetsov vurğulayıb ki, o, bu ideya üzərində uzun müddət işləyib: “Düzünü desəm, bunu ideya da adlandırmaq olmaz, çünki bu mənim içimdən gəlib. Uzun illərdir, müəyyən qara əllər sayəsində Qarabağ həqiqətləri dünyaya başqa bucaq altında çatdırılır. Hətta Rusiyada münaqişə barəsində hərə bir söz danışır. Mən uzun illərdir Qafqazla bağlıyam və indi insanlar soruşurlar ki, reallıqda bu regionda nə baş verir. Bu kanal vasitəsi ilə insanlar faklarla möhkəmləndirilən, dəlillərlə dolu həqiqəti görə biləcəklər”. Tarixçinin Qarabağla bağlı internet kanalı Azərbaycan ictimaiyyətində məmnunla qarşılanıb. Münasibət bildirənlərin fikrincə, Rusiya ictimaiyyəti bu kanal vasitəsi ilə daha obyektiv yanaşmaları izləyə biləcək.
Rusiyalı alim yaxşı başa düşür: “Ermənistan “qulpsuz çamadan”dır”
Turan
13:01 06.07.2020
Siyasət
708
“Üçüncü qüvvələr ciddi şəkildə Azərbaycan-Rusiya əlaqələrinə ziyan gətirir”
“Bu reallığı şimal qonşumuzda dərk edənlər çoxdur”
Məşhur rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov Yandeks internet bazasında “Qarabağ: Rusiyadan baxış” informasiya kanalı açıb. Tarixçi bildirib ki, ilk dəfə olaraq Qarabağla bağlı qərəzsiz faktlar və müzakirələrlə dolu bir resurs yaradılır. Tanınmış ictimai xadimin sözlərinə görə, kanal Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına dəstək olacaq.
Kuznetsov vurğulayıb ki, o, bu ideya üzərində uzun müddət işləyib: “Düzünü desəm, bunu ideya da adlandırmaq olmaz, çünki bu mənim içimdən gəlib. Uzun illərdir, müəyyən qara əllər sayəsində Qarabağ həqiqətləri dünyaya başqa bucaq altında çatdırılır. Hətta Rusiyada münaqişə barəsində hərə bir söz danışır. Mən uzun illərdir Qafqazla bağlıyam və indi insanlar soruşurlar ki, reallıqda bu regionda nə baş verir. Bu kanal vasitəsi ilə insanlar faklarla möhkəmləndirilən, dəlillərlə dolu həqiqəti görə biləcəklər”. Tarixçinin Qarabağla bağlı internet kanalı Azərbaycan ictimaiyyətində məmnunla qarşılanıb. Münasibət bildirənlərin fikrincə, Rusiya ictimaiyyəti bu kanal vasitəsi ilə daha obyektiv yanaşmaları izləyə biləcək.
Kuznetsovun müsbət təşəbbüsünü "Sherg.az"a dəyərləndirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, tanınmış politoloqun elmi-tarixi yaradıcılığı çox maraqlıdır. Keçmiş XİN rəhbəri vurğulayıb ki, hər zaman səslənən fikrə görə, Kuznetsov Azərbaycanın dostudur:
“Lakin Kuznetsov Azərbaycanın dostu olmaqla yanaşı, həm də öz ölkəsini sevən, vətənpərvər bir insandır. Alim olduğuna görə çox yaxşı başa düşür ki, Rusiyanın bəzi dairələrinin Azərbaycana qarşı həyata keçirdiyi siyasət Moskvanın maraqlarına tamamilə ziddir. Bir neçə il bundan öncə Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə Rusiya rəhbəri Vladimir Putinlə görüşündən sonra bir məlumat yayıldı. Məlumata əsasən, görüşün xüsusi müzakirəsi mövzusu o olub ki, üçüncü qüvvələr ciddi şəkildə Azərbaycan-Rusiya əlaqələrinə ziyan gətirir. Ona görə də həmin qüvvələrin ifşa olunmasının vacibliyi vurğulanırdı. Cənab Kuznetsovun təşəbbüsünü bu səpkidən də müsbət qiymətləndirirəm. Rusiyada bir neçə nüfuzlu tarixçi və siyasətçi mövcuddur ki, onlar üçüncü qüvvələrin mənfi siyasətinin aradan qaldırılması istiqamətində mühüm addımlar atırlar”.
T.Zülfüqarovun fikrincə, Rusiyanın Ermənistana yanaşması baş nazir Nikol Paşinyandan sonra mənfiyə doğru getməyib. Əvvəldən də Rusiya siyasətçiləri Ermənistanı “qulpsuz çamadan” adlandırıblar:
“Rusiyanın maraqları ondan ibarətdir ki, Cənubi Qafqazda iqtisadi baxımdan ən güclü ölkə olan, həm Türkiyə, həm də İranla geniş əlaqələrə sahib bir ölkə, yəni Azərbaycanla sıx əməkdaşlıq etsin, münasibətləri qorusun. Bu reallığı şimal qonşumuzda dərk edənlər çoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm
Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq
15:14 08.05.2026
Dünya
AfD lideri: Merts Almaniyanı məhv edir
15:07 08.05.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
14:50 08.05.2026
Gündəm
Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - FOTO
14:33 08.05.2026
Gündəm
Putin Azərbaycanı təbrik etdi
14:17 08.05.2026
Siyasət
Şəmkirdə "VAZ" körpüdən aşdı
13:53 08.05.2026
Hadisə
ABŞ İraqın yeni Baş nazirinə İranla bağlı şərt qoydu
13:51 08.05.2026
Dünya
Dünya ət qiymətləri rekord səviyyəyə yüksəlib
13:17 08.05.2026
İqtisadiyyat