“Siyasi təşkilatlar üçün münbit ortam yaradılır”
Turan
13:41 01.07.2020
Siyasət
615
“Daha 3 siyasi partiyanın qeydiyyata alınmasını son günlərin ən ürəkaçan hadisələrindən biri hesab etmək olar”.
Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Ə.Hüseynov Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyanın rəhbərlərini, üzvlərini bu partiyalara dövlət reyestrindən çıxarışların verilməsi münasibətilə təbrik edib:
“Müxalif və ya iqtidaryönümlü olmalarından asılı olmayaraq yenicə qeydiyyata alınmış partiyaların hər birinə siyasi fəaliyyətlərində uğurlar diləyirəm. Ədliyyə Nazirliyindən də bildirildiyi kimi bu addım Prezident İlham Əliyevin iradəsi ilə çoxpartiyalı sistemin inkişafının nəticəsidir.
Həmçinin, ümumi maraqlar naminə partiyalararası dialoqun genişləndirilməsinin və bu sahədə münasibətlərin sağlam zəmində qurulmasının təzahürüdür. Siyasi sistemdə təşəkkül tapmaqda olan yeni konfiqurasiya artıq öz müsbət nəticələrini verir”.
Partiya rəhbəri vurğulayıb ki, siyasi təşkilatın normal fəaliyyət göstərməsi və cəmiyyətə açılması üçün münbit ortam yaradılır:
“Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkəmizin siyasi mühitinin demokratikləşdirilməsi və optimallaşdırılması istiqamətində olduqca mühüm addımlar atır. Dövlətimiz siyasi subyektlərin sağlam mübarizə aparmasına şərait və zəmin yaradır. Beləliklə, siyasi rəqiblik anlayışına yeni baxış ortaya qoyulur. Bu cür müsbət tendensiyaları əlbəttə ki, alqışlamaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm
Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq
15:14 08.05.2026
Dünya
AfD lideri: Merts Almaniyanı məhv edir
15:07 08.05.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
14:50 08.05.2026
Gündəm
Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - FOTO
14:33 08.05.2026
Gündəm
Putin Azərbaycanı təbrik etdi
14:17 08.05.2026
Siyasət
Şəmkirdə "VAZ" körpüdən aşdı
13:53 08.05.2026
Hadisə
ABŞ İraqın yeni Baş nazirinə İranla bağlı şərt qoydu
13:51 08.05.2026
Dünya