
Sahibkarların yanğın dərdi: Sığorta sistemi işləmir, yanğın ziyanı sahibkarın cibində qalır
Yusif Nəzərli
07:41 27.08.2025
Sosial
401
“Ticarət obyektlərində ziyanı sığorta ödəməyəcək - çıxış yolu şəffaflıqdan keçir”
“Sədərək” Ticarət Mərkəzi tərəfindən icarəyə verilmiş anbarda yanğın hadisəsi obyektlərin sığorta məsələsini yenə gündəmə gətirib. Ticarət mərkəzləri, marketlər, iaşə obyektlərində baş verən yanğınlar zamanı sahibkarlara külli miqdarda ziyan dəyir. Lakin indiyədək hansısa obyektə, sahibkara dəymiş ziyanın sığorta şirkətləri tərəfindən ödənildiyi olmayıb. Niyə?
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, hər yanğından sonra ticarət obyektlərində malların sığorta məsələsi qaldırılır:

- Biz də hər dəfə deyirik ki, sığorta şirkətləri ən yaxşı halda tikilini sığorta edə bilər. Heç bir sığorta şirkəti “mənim anbarımda (dükanımda) filan məbləğdə mal var, onu sığortala”, deməklə sığortalamayacaq. Sığorta şirkəti anbardakı mal qalığını izləyə bilmirsə, niyə sığorta etməlidir ki? Dünən anbarda 100 000 manatlıq mal olubsa, bu gün o olmaya bilər. Ona görə də nə vaxta qədər ki, ticarət obyektlərində, onların anbarında uçotdan yayınan mallar olacaq sığorta da olmayacaq. Başqa problemlər də var. Ona görə də yaxşı olar ki, bu məsələyə qayıtmayaq. Mənasızdır.
Sığorta sistemi ilə yaxından maraqlanan iqtisadçı Eldar Avdiyevin şərhi də maraqlı oldu:
- Burada əsas problem sığorta sistemində deyil, uçot və şəffaflıq mexanizmlərindədir. Sığorta şirkəti risk dəyərləndirməsini dəqiq aparmaq üçün anbardakı malların miqdarını və dəyərini rəsmi uçot və sənədlərlə görməlidir. Əgər mallar uçotdan yayınırsa, sığortalanmaması təbii və rasionaldır.
Həll yolu isə belə ola bilər: Birincisi, rəqəmsal uçot sistemi – bütün ticarət obyektləri real vaxtda mal dövriyyəsini elektron qaydada aparmalı, bu məlumatlar vergi orqanları və sığorta şirkətləri ilə sinxronlaşdırılmalıdır. İkinci, müstəqil audit – mal qalığını təsdiqləyən audit xidməti yaradılmalı və bu, sığorta müqaviləsinin şərti olmalıdır. Üçüncü, diferensial sığorta mexanizmi – şəffaf uçot aparan obyektlərə daha ucuz və əlçatan sığorta təklif olunmalı, uçotdan yayınan obyektlər isə əlavə risk qrupunda qiymətləndirilməlidir. Dördüncü, dövlət-sığorta əməkdaşlığı – müəyyən sektorlarda risklərin bölüşdürülməsi üçün dövlət dəstək mexanizmləri tətbiq edilə bilər. Yəni çıxış yolu uçot və şəffaflıq problemini həll etməkdir. Onda həm sahibkarın marağı qorunar, həm də sığorta real işləyər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: ABŞ və Livan İsrailin bu hüququnu tanıyıb
23:50 27.06.2026
Dünya
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
23:46 27.06.2026
İdman
Kral saraydan gedir
23:32 27.06.2026
Dünya
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
22:49 27.06.2026
Dünya
"Qarabağ" Avstriya komandasını darmadağın etdi
22:30 27.06.2026
Futbol
İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb
22:15 27.06.2026
Ekologiya
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə