"2018 mənzil bazarı üçün stabilləşmə ili olacaq” - Açıqlama






"Ötən il daşınmaz əmlak bazarında ümumən 3,46 faiz azalma müşahidə olunub”.

Bunu "Sherg.az”a "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov söyləyib. 

O diqqətə çatdırıb ki, yanvar ayı tamam olmadığından hazırkı qiymətlər hələlik tədqiq edilməyib:

"2017-ci ildə təkrar mənzil bazarında 3,54 faiz, ilkin mənzil bazarında isə 7,75 faiz il üzrə azalma olub. Ümumilikdə 2017-ci ildə azalma dinamikası əvvəlki illərə nisbətən sabitləşib. Güman edirəm ki, 2018-ci ildə mənzil bazarında stabilləşmə ili olacaq”.

Xatırladaq ki, 2017-ci ilin dekabr ayı ərzində ümumi daşınmaz əmlak bazarında qiymətlərdə 0.77 faiz artım, il ərzində isə 3.46 faiz azalma müşahidə olunmuşdu.

Aysel Aslan