Bakıda yol polisi əməkdaşından nümunəvi hərəkət - FOTO

Dünən Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında yol polisi əməkdaşının ağır çanta ilə yolu keçməkdə çətinlik çəkən qadına kömək etməsinin görüntüləri yayılıb. Lent.az xəbər verir ki, yol patrul xidmətinin əməkdaşı yolu tanımayan və ağır yükü daşımaqda çətinlik çəkən qadına yaxınlaşaraq kömək edib. 
O, iri yol çantasını götürərək qadını hərəkət zolağının əks tərəfinə keçirib və marşrut avtobusuna mindirərək geri qayıdıb.
Maraqlıdır ki, polis əməkdaşının qadınla birgə yolu keçdiyi yerdə piayada keçidi olmayıb.