“Növbəti terrorçunun cəsədi İrəvana gətirildi” - İfşa etmək lazımdır





"Növbəti terrorçunun cəsədi İrəvana gətirildi. Söhbət erməni saytlarının təbirincə desək, terrorçu ASALA təşkilatının "mənəvi atası” sayılan Qurqen Yanikyandan gedir”.

"Sherg.az”ın xəbərinə görə, bu barədə politoloq Elxan Şahinoğlu Feysbuk profilində yazıb.

Ekspert bildirib ki, Yanikyan 78 yaşında Türkiyənin ABŞ-ın Santa-Barbara şəhərindəki konsulluğuna daxil olaraq konsulu və onun köməkçisini qətlə yetirib: "Amerika vətəndaşı olan Yanikyan ömürlük həbs cəzasına məhkum olunub, 1984-cü ildə həbsxanada ölüb. 

Yəni adam terrorçudur və bu terrorçunun nəşini böyük təmtəraqla İrəvana gətiriblər. Mayın 5-də nəşinin basdırılması mərasimi keçiriləcək. Ermənistanda buna hazırlıq gedir. Bugündən başlayaraq erməni saytlarında terrorçu haqqında tərifli yazılar yayınlanır. Mayın 5-ə biz də hazırlaşmalıyıq. 

Terrorçunun meyitini böyük təmtəraqla Ermənistana gətirən və onun haqqında utanmadan "ASALA-nın mənəvi atası” başlıqları atan düşüncə tərzini beynəlxalq aləmdə ifşa etmək lazımdır. Təəssüf ki, Türkiyədən də səs çıxmır. 

Terrorçu türk diplomatlarını qətlə yetirib, Ermənistanda ondan "qəhrəman” obrazı yaradırlar. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan həmişəki tərzində "ey Batı buna nasıl sessiz kalıyorsun” deyə diqqəti İrəvandakı biabırçılığa yönəldə bilər”.

İsmayıl