Türkiyədə qar uçqunu: 2 hərbçi ölüb, 3-ü isə itkin düşüb






Türkiyənin Bitlis əyalətində qar uçqunu nəticəsində 2 hərbçi həlak olub, 3-ü isə itkin düşüb.

Trend-in "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, daha 7 hərbçinin xəsarət aldığı bildirilir.

Hadisə yerinə xilasedicilər cəlb olunub. Yaralıların vəziyyəti barədə məlumat verilmir.