Uşaqların həddindən çox oyuncağa sahib olması təhlükəlidir





Uşaqlarda yaradıcılığın inkişafı üçün onlara oyuncaqlar alarıq. Lakin gərəyindən çox oyuncaqla qarşı-qarşıya qalan uşaqların bu vəziyyətdən pis təsirləndikləri ortaya çıxıb.
Türk mediası xəbər verir ki, aparılan  araşdırmalar çox oyuncağın uşaqlara zərər verdiyini ortaya qoyub.  Avropanın "Infant Behavior and Development"  qəzetində nəşr olunan xəbərə görə, yeriməyə başlayan uşaqların gərəyindən çox oyuncağa sahib olması, standart oyun keyfiyyətini aşağı salır.

Nisbətən  az oyuncağı olan uşaqların oyun oynayarkən özlərini toparlamaları  daha asan; buna görə də oyunlarını daha yaradıcı şəkildə oynaya bilirlər.

Araşdırmanı icra edən terapevt həkimlər bu vəziyyəti müşahidə etmək üçün iki uşaq qrupunu izləyiblər. İlk qrupdakı uşaqlara 4 dənə oyuncaq veriblər,  ikinci qrupa 16 oyuncaq verilib. Nəticədə daha az oyuncağı olan uşaqlar, oyuncaqlarıyla daha uzun müddət, bir-birindən fərqli oyunlar  oynayıb.
Uşağınızın oyuncaq qutusu siz bu xəbəri oxumamışdan əvvəl  doludursa, bu vəziyyətdə ən yaxşı variant, oyuncaqların bir qisimini kənara ayırıb, bir müddət sonra köhnələriylə dəyişdirmək olacaq.

 Turan