Yollara 421 yeni radar quraşdırılıb - RƏSMİ




2017-ci ildə Azərbaycanda avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət gücləndirilib. 

Lent.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsində 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, keçən il yollarda 421 radar, 914 videokamera quraşdırılıb. Bundan başqa avtomobil yollarında 297 nömrəoxuma sistemi də quraşdırılaraq istifadəyə verilib.