Rusiya Ukraynaya zərbə endirib: 4 nəfər ölüb, 7 nəfər xəsarət alıb

Rusiya qoşunlarının Ukraynanın Çerniqov vilayətinin Novqorod-Severski şəhərinə pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində dörd nəfər həlak olub, yeddi nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Çerniqov vilayət hərbi administrasiyasının başçısı Vyaçeslav Çaus bildirib.

"Novqorod-Severskiyə kütləvi hücum olub. Ruslar "Şahed"lərlə zərbə endiriblər - təxminən 20 hücum olub. Artıq dörd nəfərin həlak olduğu məlumdur. Onların hamısı mülki şəxslərdir - iki kişi və iki qadın. Ailələrinə başsağlığı verirəm", - Çaus telegram kanalında yazıb.