
Zelenski geri çəkilməyə məcbur olacaq -PROQNOZ
Yusif Nəzərli
03:01 06.08.2025
Dünya
266
Ukrayna prezidenti reytinq uğrunda qanunla savaşa girdi, uduzan özü oldu
Ukrayna Prezidenti Volodimir Zelenski etirazlara və Ukraynanın Avropadakı müttəfiqlərinin tənqidlərinə baxmayaraq, mühüm antikorrupsiya qurumuna qarşı məhdudiyyətləri sərtləşdirən iki mühüm qanun layihəsini imzaladı. Yüzlərlə ukraynalı Kiyevin mərkəzində etiraz aksiyası keçirərək Zelenskidən qanun layihəsinə veto qoymağı tələb etdilər. Onlar qanunun tələsik qəbul edildiyini və yüksəksəviyyəli korrupsiya işlərinə hökumətin müdaxiləsinə imkan verəcəyini bildirirlər. Etirazçılar Dnepr və digər Ukrayna şəhərlərində də bu qanun layihəsinə etiraz məqsədilə toplaşıblar. Zelenski Ukraynanın antikorrupsiya infrastrukturunun Rusiyanın təsirindən təmizlənməli olduğunu deyib və əlavə edib ki, NABU və SAPO öz işlərinə davam edəcəklər. Maraqlıdır ki, bu qanuna Zelenski ilə bərabər onun əsas rəqiblərindən olan keçmiş Baş nazir Yuliya Timoşenko da dəstək verib. Bu, əslində, anlaşılandır. Çünki xanım Timaşenko Ukraynanın baş naziri olduğu dövrdəki fəaliyyətinə görə ciddi korrupsiya qalmaqalı ilə üzləşmişdi. Ehtimal ki, Timaşenko özünə və adamlarına qarşı irəli sürülən ittihamları aradan qaldırmaq qarşılığında qanunu dəstəkləyib.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a deyib ki, qanuna vətəndaş cəmiyyətinin sərt reaksiya göstərməsinə səbəb Ukraynada korrupsiya əleyhinə güclü ictimai nəzarətin olmasıdır. Ekspertin sözlərinə görə, bir çox QHT Qərbin dəstəyi ilə korrupsiyaya ictimai nəzarət mexanizmini həyata keçirməklə məşğuldur:

"Bu qanun onların fəaliyyətinə ciddi əngəl törədir. Təsadüfi deyil ki, bu kimi QHT-lərin hesabatlarına uyğun olaraq əvvəlki hökumətlərin bir çox yüksək vəzifəli şəxsinə qarşı korrupsiya ittihamı irəli sürülüb. Zelenski eyni cür aqibətin özünün və komandasının yaşamaması üçün vaxtında qanuna dəyişiklik etmək istəyir. Hökuməti bu məsələdə rahat salan ölkədə hərbi vəziyyət rejiminin olması və buna görə qanuna qarşı ciddi etirazların olmayacağı ilə bağlı formalaşan qənaət idi. Lakin paytaxt Kiyev başda olmaqla ölkənin böyük şəhərlərində baş etirazlar bu fikri sarsıtdı. Hadisələrdə ən çox ehtiyat edilən variant Rusiyanın hansısa təxribat törətmək ehtimalıdır. Ukraynada siyasi qarışıqlıq Moskvanın işinə yarayır. Həm Rusiyanın, həm də Qərbin niyyəti Zelenskini daha itaətkar kadrla əvəz etməkdir. Ölkənin hərbi vəziyyət rejimi şəraitində olduğunu nəzərə alsaq, indiki halda Prezident Volodimir Zelenskinin devrilməsi ehtimalı azdır. Ancaq hökumətin istədiyi qanunu qəbul etdirməsi də çətin məsələdir. Ehtimal ki, Zelenski geri çəkilməyə məcbur olacaq. Ancaq geri çəkilsə belə, baş verənlər Ukrayna prezidentinin reytinqinə olduqca mənfi təsir göstərdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İzmirdə FETÖ əməliyyatı: 12 nəfər saxlanıldı...
01:05 11.02.2026
Dünya
ABŞ "Hizbullah"a qarşı sanksiyalar tətbiq edib
23:53 10.02.2026
Dünya
"Qarabağ"la oyun təxirə salınsa, oynamayacağıq - Vernidub
23:30 10.02.2026
Futbol
Venesuela İsrailə neft tədarükünü bərpa edib
23:06 10.02.2026
Dünya
D-8 sammiti İndoneziyada keçiriləcək
22:23 10.02.2026
Dünya
Əliyev və Vens mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
22:00 10.02.2026
Rəsmi
"Turan Tovuz" "Şaxtyor"un yetirməsini transfer etdi
21:41 10.02.2026
Dünya
Moskvada yaşayış binasında yanğın olub
21:26 10.02.2026
Dünya
Danlanı döyən eks-sevgilisinə həbs cəzası!
21:00 10.02.2026
Şou
Yaponiyanın ən yaşlı kişisi vəfat etdi
20:29 10.02.2026
Dünya
Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib
20:18 10.02.2026
Mədəniyyət
ABŞ-ın Vitse-prezidenti: Azərbaycana səfərdən şərəf duyuram
20:07 10.02.2026
Siyasət
Ukraynaya ən çox silah verən ölkələr...
19:56 10.02.2026
Dünya
Onu Mbappenin anasına bənzətdilər - FOTO
19:42 10.02.2026
Maraqlı
Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
19:34 10.02.2026
Gündəm