Erməni spiker: Paşinyan 44 günlük müharibə ilə bağlı sensasiyalı təfərrüatları təqdim edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibə ilə bağlı sensasiyalı təfərrüatları təqdim edəcək.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simoyan parlamentdə keçirdiyi brifinqdə bildirib.
Spikerin sözlərinə görə, 44 günlük müharibədəki məğlubiyyətə görə Paşinyanın məsuliyyəti öz üzərindən müxalifətin üzərinə atmağa çalışması ilə bağlı ittihamlar yersizdir.

Qeyd edək ki, hazırda Ermənistan parlamentində 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclası Paşinyanın iştirakı ilə keçirilir.