Şahbaz “od püskürdü”:“Sosial yardım üçün Paşinyandan sənəd almağımı istəyirlər”
Yusif Nəzərli
16:50 09.03.2022
Müsahibə
2133
“Evdə işıq, qaz yanmır. Bununla heç maraqlanan varmı? Deyən varmı ki, bu adam nə yeyir, nə içir? Erməni məhbusluğundan qayıdandan sonra şalvarımı dəyişməmişəm”
“İcra hakimiyyəti isə "Qazilərə mən baxası deyiləm. Obyektim yarımçıq qalıb, tikə bilmirəm. Övladlarım xaricdə yaşayır, ayda 20 min pul göndərməliyəm. 100-200 minlik “Jeep”lərdən almalıyam” cavabını verir”
“Dilqəm “Qızıl at”ın belindədir, mənə nə kömək edəcək? Onun bu dəqiqə "Land Cruiser" markalı avtomobili, imarəti..”
“Qızım anası ilə birlikdə Rusiyaya gedib. Gəlməsi üçün yol pulu tapıb göndərə bilmədim”
2014-cü ilin iyul ayında erməni terrorçuları tərəfindən girov götürülüb, 2020-ci ilin dekabr ayında isə girovluqdan azad edilən Şahbaz Quliyev "Sherg.az"a danışıb.
Müsahibəni təqdim edirik.
- Səhhətiniz necədir?
-Müalicəm davam edir. Qalan məsələlərdə isə “köhnə hamam, köhnə tas”dır. İndiki durumum acından ölməyə bərabərdir. Evdə işıq, qaz yanmır. Bununla heç maraqlanan varmı? Deyən varmı ki, bu adam nə yeyir, nə içir? Erməni məhbusluğundan qayıdandan sonra şalvarımı dəyişməmişəm.
-İşlə təmin olunmaq üçün lazımi qurumlara müraciət etmisinizmi?
- Hər yerə müraciət etmişəm, cavab vermirlər. Bacı-qardaşım sağ olsun dolanışığıma yardım edirlər. Qaradağ icra hakimiyyəti 1 ildir “başımın altına yastıq qoyub”, yalandan maaş kartı verəcəyini söyləyir, amma vermirlər. Prezidentə də müraciətlər ünvanlamışam. "Qaçqınkom"a, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Komissiyaya yazmışam.
- Müraciətlərinizə cavab varmı?
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi düzüb - qoşacağını söyləyir. İcra hakimiyyəti isə "Qazilərə mən baxası deyiləm. Obyektim yarımçıq qalıb, tikə bilmirəm. Övladlarım xaricdə yaşayır, ayda 20 min pul göndərməliyəm. 100-200 minlik “Jeep”lərdən almalıyam” cavabını verir.
Qaradağın icra hakimiyyətinin müavini hər ay zəng edir ki, 3 günə sənə kart veriləcək. 1 il 3 aydır, hələ də verir. İndi də zəng edəndə başqasına müraciət etməyimi vurğulayır.
- Veteranlıqla bağlı da müraciət etmişdiniz. "Veteran" statusu verildimi?
- Məhkəməyə getmişdim. Veteranlara da iş vermirlər. Məhkəmədə "müharibə" gedir. "Papanin"dəki arxivə baxırlar. Məhkəmə 1-2 aydan sonra xəbər edəcəyini söyləyir. İndi də vaxtı aprelin 28-nə ertələyiblər. Başlarından edirlər. Müdafiə Nazirliyindən polkovnik gəlib, heç adamı da tanımır. Deyir, biz qanuna müvafiq davranırıq. Sosial yardım da Paşinyandan 10 il həbsdə olmağımla bağlı əmək kitabçası alıb, gətirməyimi istəyirlər, komediyadır. Əsas məmurların qarnı doysun...
- Sizinlə eyni vaxtda girov götürülən Dilqəm Əsgərov sizə kömək göstərirmi?
- Dilqəm “Qızıl at”ın belindədir, mənə nə kömək edəcək? Onun bu dəqiqə "Land Cruiser" markalı avtomobili, imarəti…
- O da sizinlə bərabər həbsdə idi. Bunu necə əldə etdi?
- Həmin vaxt ona yalançı sənəd düzəltdilər. Guya, torpaq özünün olub, 150 min pul veriblər. Mənimkilər də var- dövlətimi satıb yeyib. 50 minlik malım, 20 minlik “Mercedes”im də satılıb. İndi də deyirlər Vətən uğrunda getmisən.
- İkinci dəfə ailə həyatı qurdunuz. İlk evliliyinizdən olan qızınızla əlaqə saxlayırsınızmı?
- Anası ilə birlikdə Rusiyaya gediblər. Gəlməsi üçün yol pulu tapıb göndərə bilmədim. Heç özümə siqaret pulu tapa bilmirəm. Arada yazır, kömək etməyimi istəyir. Mən bu tayda, o da o tayda qalıb.
Oxşar xəbərlər
Gələcəkdə bir damla su uğrunda bir damla qan axıdılacaq - NASA aliminin "Şərq"ə MÜSAHİBƏSİ
19:41 01.07.2026
"Bir stəkan su istədi və sonra vəsiyyət etdi ki..." - Köməkçisi Elçibəyin son anlarından danışdı
16:32 24.06.2026
Xəbər lenti
Hamısına bax
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
22:20 13.07.2026
Dünya
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
22:02 13.07.2026
Dünya
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm