
Zəngəzurun azərbaycanlıların ulu yurd yeri olduğunu sübut edən dəyərli kitab
Yusif Nəzərli
08:29 21.02.2022
Müsahibə
1546
Azərbaycan coğrafiyasının mühüm tərkib hissəsi olan Zəngəzurun tarixi qədim daş dövründən başlayır. Zəngəzur ərazisində Böyük İşıqlı və Dəvəboynu dağlarında qədim türk tayfalarına aid qayaüstü rəsmlər, Nüvədi kəndində Qarqadaşı dağında qədim türk yazılı kitabələri, Qubadlı, Zəngilan, Laçın, Qarakilsə, Qafan, Meğri və Gorus rayonlarında qədim yaşayış məskənləri, kurqanlar, dini təyinatlı abidələr, o cümlədən at və qoç heykəlləri aşkar edilmişdir. XIX əsrin əvvəllərində çar Rusiyasının işğalçı ordusu Qacar və Osmanlı dövlətləri ilə apardığı müharibələr zamanı İrəvanın, Borçalının, Göyçənin, Vedinin, Ağbaba-Şörəyelin, Dərələyəzin, Naxçıvanın, Qarabağın və Zəngəzurun yerli əhalisi Azərbaycan türkləri olan kəndlərini viran qoydular.
Çar Rusiyasının 1828-ci ildə Qacarlar dövləti ilə imzaladığı Türkmənçay, 1829-cu ildə isə Osmanlı dövləti ilə imzaladığı Ədirnə müqavilələrinin şərtləri Azərbaycanın tarixi torpaqlarının bölünməsi və qədim dövlətçilik ənənələrinə son qoyulmasına səbəb oldu. Azərbaycanın tarixi-coğrafiyasını Araz çayının şimalı və cənubu olmaqla iki yerə bölən Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən İrandan 40-50 min erməni Azərbaycanın şimalına köçürüldü.

Beləliklə, Qafqaz regionu üçün yadelli etnik ünsür olan erməniləri Azərbaycan ərazisində məskunlaşdıran dövlət çar Rusiyası oldu. Ermənilərin köçürülməsindən sonra Azərbaycan xalqının tarixində faciəli dövr başlandı. Ermənilər tərəfindən 1905-1906-cı illərdə və 1918-1920-ci illərdə İrəvanda, Qarabağda, Zəngəzurda, eləcə də Azərbaycanın müxtəlif yerlərində yerli dinc əhali olan azərbaycanlılara qarşı soyqırımıları törədildi. Bu soyqırımıları nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirildi, yaşayış məntəqələri və tarixi-mədəni abidələr viran edildi.
XIX əsrdə çar Rusiyasının hakim dairələri tərəfindən İrəvanın, Qarabağın və Zəngəzurun gerçək tarixini əks etdirən kameral təsvirlər, əhali siyahıyaalmaları, hərbi topoqrafik xəritələr və digər rəsmi sənədlər ermənilərin regiona gəlmə olduqlarını təsdiq edir. Azərbaycanın tarixçi alimləri bu cür etibarlı tarixi faktları əks etdirən mənbələr əsasındaerməni yalanlarını tutarlı dəlillərlə ifşa edirlər. AMEA Tarix İnstitutunun yeni nəşrlərində ermənilərin uydurma tarixini alt-üst edən tədqiqatlar öz əksini tapıb. Bu tədqiqatlar mütəmadi olaraq nəşr edilir, müxtəlif dillərə tərcümə edilir və kütləvi informasiya vasitələri tərəfindən təbliğ olunur.
Ciddi tədqiqatları ilə tanınan və birbaşa mənbələrə istinad edilərək araşdırmalar aparan alimlərimizdən biri də Nazir Əhmədlidir.
Nazir müəllimin XIX əsrdə İrəvan, Dərələyəz, Göyçə və Zəngəzur ərazilərində yaşayan azərbaycanlı əhalinin kameral təsvirinə aid ilkin mənbələr əsasında nəşr edilmiş kitabları Azərbaycan mənbəşünaslığında yeni bir qolun – erməni yalanlarını ifşa edən mənbəşünaslıq sahəsinin inkişaf etdirilməsinə səbəb olub. Nazir Əhmədli çox çətin və ağır zəhməti sayəsində Azərbaycan tarix elminə “Dərələyəz mahalının kameral təsviri – 1831-ci və 1842-ci illər”, “Göyçə mahalının kameral təsviri – 1831-ci və 1842-ci illər” və “İrəvan əyalətinin kameral təsviri (beş cild)” kimi dəyərli əsərlər bəxş edib. Nazir Əhmədlinin akademik Şahin Mustafayevin elmi redaktorluğu ilə yeni nəşr edilmiş “Zəngəzur qəzasının kameral təsviri – 1874-cü il” adlı iri həcmli kitabı isə Zəngəzurun yerli əhalisinin azərbaycanlılar olduğunu bir daha sübut edir. Nazir müəllimin bu kitabı XIX əsrdə Zəngəzurda olan yaşayış məntəqələrinin və burada yaşayan yerli əhalinin sayını və hər bir nəfərinin adlı siyahısını əks etdirir. Nazir Əhmədli bu kitabın nəşrindən öncə Zəngəzur mahalının 1832-1833-cü illərdə kameral təsvirini əks etdirən kitabında tutarlı faktlar əsasında buranın yerli əhalisinin azərbaycanlılar olduğunu göstərmişdir. Müəllif özü “Zəngəzur qəzasının kameral təsviri – 1874-cü il” kitabını bu kitabın davamı sayır və diqqəti XIX əsrdə Zəngəzurun siyasi, iqtisadi və demoqrafik vəziyyətini əks etdirən faktlara yönəldir. Nazir Əhmədlinin Azərbaycan tarixinin mənbəşünaslıq bazasının genişləndirilməsi baxımından mühüm töhvə sayılan bu kitabı Zəngəzur tarixini araşdıran tədqiqatçılarımız üçün olduqca dəyərli mənbə olacaqdır.
Ramin Əlizadə
AMEA Tarix İnstitutunun böyük elmi işçisi
Oxşar xəbərlər
Gələcəkdə bir damla su uğrunda bir damla qan axıdılacaq - NASA aliminin "Şərq"ə MÜSAHİBƏSİ
19:41 01.07.2026
"Bir stəkan su istədi və sonra vəsiyyət etdi ki..." - Köməkçisi Elçibəyin son anlarından danışdı
16:32 24.06.2026
Xəbər lenti
Hamısına bax
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
22:20 13.07.2026
Dünya
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
22:02 13.07.2026
Dünya
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm