Ermənistanın nümayəndə heyəti AŞ PA -da məyus duruma düşüb

"Hüquq müdafiəçisi olmağım ermənilərin də ehtiyyatla davranmasına səbəb oldu”.
Bunu "Sherg.az”a bu gün Avropa Şurası Parlament Assambleyasında Ermənistan prezidenti Serj Sarkisyanın çıxışına səssiz etiraz edən tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov deyib. 
Təffərrüatlar haqqında danışan Ə.Şahidov vurğulayıb ki, erməni nümayəndə heyəti öz etirazlarını AŞ PA-ya bildirib:
"Biz son 3 gün idi ki, AŞ PA üzvləri ilə görüşlər keçirir, onları məlumatlandırırdıq. Deputatlar Qarabağda girov saxlanan azərbaycanlılar – Dilqəm Əsgərov və Şahbaz quliyevlə bağlı məsələni humanitar problem kimi qəbul edirlər. O səbəbdən, təşkilatda məsələ qaldıracaqlarını bildirdilər”.
Ə.Şahidov sosial şəbəkələrdə erməni millətçilərin ona və deputatlarımıza təhqirlər yazmasına da münasibət bildirib. O, düşmənin bu cür münaisbətini normal qarşıladığını ifadə edib:
"Ermənilərin kəskin etirazını AŞ PA-da hiss edirəm. Həm erməni deputatlar, həm jurnalistlər, həm də Sarkisyanla gələn nümayəndə heyətinin üzvləri nifrət dolu baxışlarla süzürlər. Nə sosial şəbəkələrdə, nə də AŞ PA-da bu münasibətə görə, addım atmaq fikrim var”.
Erməni prezidentin çıxışından sonra assambleyada yaranmış ümumi mənzərəyə də toxunan hüquq müdafiəçisi düşmən ölkənin nümayəndə heyətinin məyus olduğunu deyib:
"Ermənilər istədikləri kimi qarşılanmadılar. Biz həftənin əvvəlindən əksər ölkələrin deputatları ilə görüşlər keçirib, onları Ermənistanın işğalçı siyasəti barədə bir daha məlumatlandırmışdıq. Girovlarla bağlı bukletlər paylamışdıq. Bütün bunların nəticəsində ermənilərin yalanla dolu təxribat cəhdləri uğursuz oldu. Heç kimi inandıra bilmədilər. Bundan sonra da Azərbaycana qarşı səsləndirdikləri qərəzli fikirlərə görə, layiqli cavablarını alacaqlar. Biz işimizi davam etdirəcəyik”.
Qeyd edək ki, Əhməd Şahidov AŞPA-nın qış sessiyasında Ermənistan prezidenti Serj Sarkisyan çıxış edərkən əlində Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun fotolarını tutub.
Aysel Aslan