“Gözləyin bizi”- 200 komandos Afrinə yola düşdü - FOTOLAR

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində başlatdığı "Zeytun Budağı” əməliyyatna Türkiyənin bir çox yerindən olduğu kimi, Bingöldən də əsgərlər yola salındı.
Bingöl Hava limanına gələn əsgərlər, ailələriylə vidalaşarkən, duyğulu anlar yaşandı. Əsgər ailələrinin kimisi gözyaşı tökdü, kimisi də dua etdi.
Əməliyyatda vəzifə alan komandos əsgərlərdən biri, "Ailəmizdən ayrı qalacağıq. Vətənimiz və millətimiz üçün hər şeyi gözə aldıq. Nəticələri nə olursa, olsun dözəcəyik. Ailəmiz gözləsin bizi, getdiyimiz kimi geri gələcəyik. Vətənimiz, millətimiz sağ olsun yetər” deyib.
Silah yoldaşlarını yola salmağa gələn bir mütəxəssis çavuş isə, "Zəfər inananlarındır. Heç kimin bu mövzuda şübhəsi olmasın. Tək bilək, tək ürək, bu vətəni sonuna qədər qoruyacağıq. Allah hamısının yardımçısı olsun” ifadələrinə yer verib.
200 nəfərlik komandos batalyonunun Afrinə yola salıldığını ifadə edən Bingöl Qubernatoru Ali Mantı, "Qəhrəmanlarımız din, dövlət, vətən, millət üçün gözünü qırpmadan müqəddəs səfərə gedirlər. Ölkəmizin birlik və bərabərliyi üçün, azanımızın susmaması, bayrağımızın enməməsi üçün qəhrəmanlarımızın cani könüldən bu gün vəzifəyə gedirlər. Onlara bu müqəddəs yolçuluqda müvəffəqiyyətlər diləyirik. Allah millətimizi, vətənimizi hər cür pislikdən qorusun. Allah qəzasız, bəlasız gedib gəlməyi nəsib etsin” deyib.