Hər kəs çaşıb qaldı: Məzarından çıxarıldı, gülümsədi

2017-ci il noyabrın 16-sında həyatını itirən məşhur budist rahib Luang Phor Pianın cansız bədəni dini mərasim üçün məzarından çıxarıldı. 2 ay əvvəl ölən budist rahibin üzündəki gülümsəmə hər kəsi heyrətə salıb.
Keçən il noyabrın 16-sı tarixində Taylandın Banqkok şəhərində 92 yaşında həyatını itirən budist rahib Luang Phor Pianın cəsədi, dini bir mərasim üçün məzarından çıxarılıb. Əslən Kamboçyalı olan və cəsədi Taylandda- Lopburi şəhərində dəfn edilən rahibin üzündəki gülümsəmə hər kəsi çaşqına salıb. İzdihamlar arasında daşınan rahibin üzündəki gülümsəməyə bir kimsə inana bilmədi. Ayin üçün məbədə gələnlər rahibin gülümsəyən üzünün şəkillərini çəkərək ictimai mediada paylaşdı. Rahibin məzardan çıxarılmasının əsl səbəbi isə dini mərasimlə birlikdə rahibə geydiriləcək yeni bir cübbə idi. Luang Phor Pian bədəninin heç pozulmaması və sanki 36 saat əvvəl ölən bir insan kimi görünməsi də rahibin nirvanaya çatdığının bir işarəsi kimi şərh olunur. Rahibin muritləri, ölümünün 100-çü gününə qədər onun üçün dua edəcək və son dəfə torpağa basdıracaqlar.