Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ





Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 0-2, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 27-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.