Rəngli linzalar gözlərdə hansı problemləri yarada bilər ? - Həkimdən izah

"Rəngli linzalar yüksək texnologiyalar vasitəsilə, xüsusi materiallardan hazırlanır ki, gözü zədələməsin”.
Bunu "Sherg.az”a rəngli linzaların gözə ziyanlarından danışarkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O diqqətə çatdırıb ki, düzgün istifadə edildiyi təqdirdə, linzaların ziyanlarını aradan qaldırmaq olar:
"Rəngli linzaları uzun müddət gözdə saxlamaq, günlərlə çıxarmamaq fəsadlar törədə bilər. Gün ərzində bir neçə saat gözdə saxlanan rəngli linzaların ziyanları olmur. Linzalara xüsusi qulluq lazımdır.
Bu vasitə diş fırçası kimidir. Yəni bir linzanı bir neçə şəxsin istifadə etməsi düzgün deyil. Linzanı istifadə etdikdən sonra mütləq xüsusi mayenin içərisinə qoymaq lazımdır.
Linzalardan uzun müddət sui-istifadə etmək gözün sferasına və selikli qişasına ziyanlıdır. Linzalar yalnız kosmetik, estetik məqsədlərlə qısa müddət istifadə etmək üçün hazırlanıb”.
Qeyd edək ki, son vaxtlar rəngli linzalardan istifadə edən insanların sayı artıb. Diqqət çəkən məqam ondan ibarətdir ki, bu linza istifadəçilərinin əksəriyyəti gözdə problemlər yarandığını, linzadan sonra narahatlıqların artdığını irəli sürür.
Aysel Aslan