...Silah dəstəyinə son verin: Ərdoğan Trampla danışdı





Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-lı həmkarı Donald Trampla telefonla danışığı zamanı Vaşinqtonu PKK terror təşkilatının Suriyaqolu PYD/YPG-ni silahla təchiz etməyə son qoymağa çağırıb.
APA-nın xəbərinə görə, bu barədə "Milliyet” məlumat verib.
Öz növbəsində, ABŞ prezidenti Suriyanın Afrin bölgəsində artan gərginlikdən narahat olduğunu ifadə edib.
"Hazırkı vəziyyət ABŞ və Türkiyə arasındakı əlaqələrin pisləşməsi risklərini daşıyır”, Ağ Evin məlumatında bildirilib.
***
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub.
APA-nın məlumatına görə, bu barədə "Anadolu” agentliyi xəbər verib.
Məlumata əsasən, söhbət zamanı Suriyada son vəziyyət və "Zeytun budağı" əməliyyatı müzakirə olunub.
Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı hərbi əməliyyat keçirir.